Soya - tonu 1000 manata, buğdadan və pambıqdan da sərfəli. Niyə özümüz becərmirik?

Soya - tonu 1000 manata, buğdadan və pambıqdan da sərfəli. Niyə özümüz becərmirik?
İqtisadiyyat 4962

Bu yem məhsulu quşçuluq məhsullarını balıq iyi verməkdən qurtarıb. 10-15 il əvvələdək broyler ətindən imtina edənlər bunu onun məhz balıq iyi verməsi ilə əsaslandırırdılar.

Toyuqların belə iy verməsinin səbəbi isə o idi ki, ucuz yem arxasınca qaçan quşçular toyuqlara zülal əvəzi – balıq unu verirdilər. Nəticə də ozünü quşların ətinin dadında gəstərirdi. Lakin həm bu iydən imtina etmək istəyən, həm də islami qaydalara riayət edib, toyuqlara ət yedirtmək istəməyən şirkətlər daha bahalı, amma daha faydalı olan bu bitkini yem kimi seçdilər. Zəngin zülal tərkibi onu bu gün həm də vegetarianlar üçün ət əvəzləyicisinə çevirir. Ümumiyyətlə isə dünya üzrə əldə edilən bu məhsulun 95%-dən çoxu yem məqsədilə tədarük edilir. Bəli, söhbət soyadan gedir.

Vətəni Çin olan bu bitki düyü, buğda kimi müqəddəs yem bitkilərindən sayılırdı. Bu gün dünyanın 50-dən çox ölkəsi soyanı hətta vətəni Çindən daha çox becərir. Çünki strateji məhsul kimi, dünya birjalarında buğda, pambıqla yanaşı yer tutur. Soyanın birja qiymətləri mal, qoyun, quş ətinin ve süd mehsullarinin qiymətinə birbaşa təsir edən amillərdən hesab olunur. 

Dünyanın ən böyük soya ixracatçıları ABŞ, Braziliya, Argentinadır. Misal üçün, bu il dünya üzrə hasil edilən 310 mln ton soyanın 110 mln tonu ABŞ-ın payına düşüb. Dünya üzrə mövcud soya sahələrinin 1,5%-i Rusiyaya aiddir və hər il soya becərmək istəyən fermerlərin sayı həndəsi silsilə ilə artır. Ukrayna, hətta Özbəkistan bir neçə ildir ki, soya  sahələrini ildən-ilə genişləndirir və hektara düşən məhsuldarlığı yüksəldir.

Belə soya həvəskarlığının səbəbi isə təkcə öz heyvandarlığını xarici yemdən asılı etməmək istəyi yox, həm də məhsulun yüksək ixrac potensialından istifadə etməkdir.

Bəs, Azərbaycana idxalı tonuna 1000 AZN-ə başa gələn soyanın ölkəmizdə becərilməsinə nə mane olur? Elə özümüzü 98 faiz təmin etdiyimiz quşçuluq 85%-dən çox xarici yemdən asılıdır. Bunun da əvəzedilməz hissəsini soya təşkil edir. Görünür, ölkədə bu məhsulun dəyərini əkinçilərdən daha çox, quş əti və süd məhsulları istehsalçıları hiss edir. Ya da əkinçiliklə məşğul olanları bu bitki barədə məlumatlandırmaq lazımdır.

Soya özü qiymətli olduğu kimi, torpaq üçün də faydalıdır. Dənli bitkilər, qarğıdalı ilə növbəli əkilə bilən soya torpağı azotla zənginləşdirir. Torpaqda atmosferin təbii azot dövriyyəsini təmin etdiyinə görə, xüsusilə azot gübrələrinə yüksək tələbatı yoxdur. Qarğıdalı və pambıq qədər suya tələbkar deyil. Bəs, Azərbaycan təbiətinə bu qədər uyğun olan belə əlverişli bitkini nə üçün becərmirik? Bir tonu 1000 manatdan baha olan, ət və süd istehsalında ən vacib yem komponenti sayılan və hər il Azərbaycana Latın Amerikasından 100 minlərlə ton idxal olunan bu paxlalı bitkini - soyanı becərmək bizə sərfəli deyilmi? 

BAKU.WS 

Oxşar xəbərlər

İşıq pulundan sonra ət, yağ, yumurta bahalaşdı, çörək isə…

İşıq pulundan sonra ət, yağ, yumurta bahalaşdı, çörək isə…

İşıq pulunun cüzi artımından sonra ət, yumurta, yağ və meyvə-tərəvəz məhsullarının qiyməti bahalaşıb. Virtualaz.org saytının bazar və marketlərdə apardığı müşa...

3005 Sosial 13:40 23 iyul 2016

Son xəbərlər