«Səba» toyuqları doğrudanmı halaldır?
Dünyanın nüfuzlu halal qida standartı GİMDES Azərbaycan toyuq istehsalçısı Səba şirkətinə 1 il əvvəl təqdim etdiyi sertifikatın uyğunluğuna yenidən baxıb.
GİMDES mütəxəssisləri Səba kəsimxanasında ilboyu aparılmış video izləmələri araşdırıblar. Toyuqların bəslənmə şəraitinə baxdıqdan, toyuq qidasının tərkibi və hazır məhsulun qablaşdırması yoxlandıqdan sonra Səba-ya verilmiş halal sertifikatı barədə yenidən qərar qəbul edilib. Şirkətin halal standartının tələblərinə ciddi riayət etdiyi bildirilib. GİMDES Səba toyuq əti və toyuq parçalarının halal tələblərinə uyğunluğu barədə sertifikatı daha 2 il müddətinə uzadıb.
Xatırladaq ki, dünyanın 30-a yaxın halal qida qurumunun və ali islam şuralarının tanıdığı GİMDES halallıq sertifikatı dünyanın ən çox müsəlman yaşayan Malaziya, İndoneziya kimi ölkələrindən tutmuş, Avropa Birliyi ölkələrinədək 40-dan artıq dövlətdə keçərlidir. GİMDES halal standartı halal kəsim prosesinə nəzarət etməklə yanaşı, toyuqların sağlam və halal qida ilə bəslənməsinə, sağlam şəraitdə yetişdirilməsinə, eləcə də qablaşdırma məhsullarının sağlamlığa və halallığa zərər olmamasına təminat verir.
"GİMDES halal standartını saxlamaq da onu keçmək qədər çətindir. Müəssisəmizdə quraşdırılmış kameralar daim GİMDES mütəxəssisləri tərəfindən izlənir. Mütəmadi olaraq, toyuqlara verdiyimiz yemdən laboratoriya analizləri aparılır, onların GMO və digər zərərli tərkibə malik olub olmaması araşdırılır. Ötən bir ildə gözlənilmədən GİMDES-dən nəzarət-təftiş qruplarının gəlməsinə alışmışıq. Bu cür ciddi nəzarət bizə istehsal prosesini, toyuqlarımızın sağlam şəraitdə bəslənməsini daim eyni səviyyədə saxlamaq üçün stimul verir” – Səba şirkətindən belə bildirilib. Şirkətdən onu da əlavə ediblər ki, həcc ziyarətinə getmiş kəsimxana qəssablarından 2 nəfər bir neçə gün əvvəl sağ-salamat geri dönüb.
Səba bütöv və parça toyuq əti məhsulları Azərbaycan dövlət halal standartı ilə də təsdiqlənib. Qeyd edək ki, hazırda Səba bu standarta layiq görülmüş yeganə toyuq istehsalçısıdır.
Oxşar xəbərlər
Bakıda kenquru ətindən kolbasa satılır (FOTO)
Bakıda satılan bəzi kolbasaların tərkibində kenquru əti var. BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə bildiriblər və həmin kolbasaların fotolar...