Toyuq dönəri satanlara xəbərdarlıq edildi
"Bu gün Azərbaycanda toyuq dönərinin satışı problemi qalır. Biz toyuq dönərinin satışı ilə məşğul olanlara cərimə sanksiyaları tətbiq edirik, fəaliyyətini dayandırırıq. Onları cəlb edirik ki, mal ətindən dönər hazırlasınlar. Bir-iki gün buna əməl edirlər, iki-üç gündən sonra yenə toyuq ətindən hazırlamağa başlayırlar".
BAKU.WS-in məlumatına görə, bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Z.Kazımov bu məsələdə vətəndaşlardan da dəstək istəyib: "Əgər bu gün vətəndaş dövlət orqanını dəstəkləsə, həmin yerdən dönər almasa və biz maariflənmə işini daha da gücləndirsək, problemin qarşısını almaq olar".
BAKU.WS
Oxşar xəbərlər
Bakı bərbərxanalarında ülgücdən istifadə qadağan edilir
Bakıda kişi bərbərxanalarında ülgücdən istifadə edilməsi qadağan edilir. Bu barədə BAKU.WS-ə şəhərin mərkəzindəki kişi bərbərxanalarından bildiriblər. Deyilən...