SOCAR və ESM enerji əməkdaşlığını genişləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Makedoniyanın Skopye şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "ESM" Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
Anlaşma Memorandumuna əsasən, tərəflər 2024-cü il qış mövsümünün başlaması ilə Şimali Makedoniyaya çatdırılan Azərbaycan təbii qazının təchizatı üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını və enerji ilə bağlı digər layihələrin araşdırılmasını diqqətdə saxlayacaqlar.
Qeyd edək ki, Şimali Makedoniya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan on birinci ölkə olub.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...