"SOCAR Polymer" ötən il istehsalı 33 % artırıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi "SOCAR Polymer" şirkəti 2025-ci ildə 97 min ton hazır məhsul istehsal edib.
BAKU.WS "SOCAR Polymer"a istinadən xəbər verir ki, istehsal həcmi 2024-cü il ilə müqayisədə 33 % artıb.
Ötən il zavodun istehsal etdiyi məhsulun 78,4 %- və yaxud 76 min tonu Türkiyə və Avropa bazarlarına ixrac edilib, qalanı yerli bazara yönəldilib.
"SOCAR Polymer"in Yüksək Sıxlıqlı Polietilen (YSPE) Zavodu 18 fevral 2019-cu ildə istismara verilib. YSPE bu gün qeyri-neft sənayesinin, kiçik və orta biznes subyektlərinin inkişafına, ixrac potensialının artmasına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,4 % artaraq 120,02 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...