SOCAR-ın xalis mənfəəti 14 % artıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısını 1,761 milyard manat xalis mənfəətlə başa vurub.
BAKU.WS şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Yanvar-iyun aylarında SOCAR-ln vergiyəqədərki mənfəəti 2,373 milyard manat (1 il əvvələ nisbətən 18,35% çox), mənfəət vergisi ödəmələri isə 612 milyon manat (33,05% çox) təşkil edib.
Hesabat dövründə şirkətin satışdan gəlirləri 5,7% azalaraq 42,5 milyard manata düşsə də, satışının maya dəyəri bundan çox – 12,6% azalaraq 36,127 milyard manata düşüb. Son nəticədə kommersiya qurumunun ümumi mənfəəti 71,9% artaraq 6,373 milyard manata yüksəlib.
Bu iyulun 1-nə SOCAR-ın aktivləri 96,47 milyard manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4% artaraq 47,144 milyard manata, balans kapitalı isə 1,4% artaraq 49,326 milyard manata çatıb.
Xatırladaq ki, SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 5,014 milyard manatdır. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.
Oxşar xəbərlər
Azərbaycanda yaşayış minimumu ARTIRILDI
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasınd...