ŞAD XƏBƏR - bu müəllimlərin maaşı artırıldı
14
iyn
2019
17:42
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb.Universitetdən BAKU.WS-ə verilən məlumata görə, UNEC-in Elmi Şurası professor-müəllim heyətinin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması məqsədilə saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğının 3 dəfəyədək artırılması barədə qərar qəbul edib.Qərara əsasən, UNEC-in professor və ya elmlər doktoru üçün saathesabı qaydada aparılan dərslərə görə ödəniş məbləğı bir saata 10 manat, dosent və ya fəlsəfə doktoru üçün 8 manat, elmi dərəcəsi, elmi adı olmayanlar üçün isə 6 manat müəyyən olunub. Qərar növbəti tədris ilindən qüvvəyə minəcək.Xatırladaq ki, 2015-cü ildən UNEC-də pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında sağlam rəqabət mühitini gücləndirmək məqsədilə Diffenersial Əmək Haqqı Sistemi tətbiq olunur.
Oxşar xəbərlər
Deputata Bakı Dövlət Universitetində vəzifə verildi
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.BAKU.WS “Report”a istinadla xəbər verir ki, o, Ba...