Hökumət bu sahədə işləyənlərin maaşını artırdı - 40 - 100 manat
16
mar
2018
10:18
Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb.“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin Azərbaycan Prezidentinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə qəbul etdiyi qərarda öz əksini tapıb.Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1-19 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilib.Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-19-cu əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödəniləcək.“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarı ləğv edilib (3-cü hissəsi istisna olmaqla).Qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bu sahələrdə işləyənlərə ŞAD XƏBƏR: MAAŞ ARTDI
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları artırılıb.APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağl...