Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçilərin maaşı artırılıb

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçilərin maaşı artırılıb
Sosial 7523
Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib. BAKU.WS-in məlumatına görə, bu barədə Baş nazir Artur Rasizadə qərar imzalayıb. Qüvvədə olan Vahid Tarif Cədvəlinə əsasən əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 116, 121, 126 və 132 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. Dəyişikliyə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı artırılıb. Əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130, 132, 134 və 136 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu şəxslərin maaşı artdı

Azərbaycanda bu şəxslərin maaşı artdı

Nazirlər Kabineti "Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara...

7108 Sosial 10:31 17 iyun 2017

Son xəbərlər