Bu müəllimlərin vəzifə maaşları artırıldı
Azərbaycan Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğləri"ni təsdiq edib.
Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən, "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilib.
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi
Təhsili | Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) | ||||
pedaqoji staj 3 ilə qədər olduqda | pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda | pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda | pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda | pedaqoji staj 18 ildən çox olduqda | |
Ali təhsilli | 350 | 375 | 395 | 420 | 450 |
Orta ixtisas təhsilli | 320 | 335 | 350 | 370 | 385 |
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi
Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər | Aylıq vəzifə maaşı (manatla) |
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər | 230 |
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər | 240 |
Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər | 250 |
Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan | 265 |
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr
Sinif rəhbər-liyinə görə (manatla) | Ümumtəhsil internat məktəblərində, lisey və gimnaziyalarda (o cümlədən, ümumi təhsil müəssisələri-nin lisey siniflərində) tədris edilən dərs saatına görə (faizlə) | Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlərə; Azərbaycan Respublikası-nın fəxri adlarına layiq görülmüş şəxslərə; ümumi təhsil müəssisə-lərində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinə (manatla) | Bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılmasına görə*(manatla) | ||
siniflərin sayı 10-dan 19-a qədər olduqda | sinif-lərin sayı 20-dən 29-a qədər olduq-da | sinif-lərin sayı 30 və daha çox olduq-da | |||
40 | 15 | 45 | 55 | 110 | 165 |
Oxşar xəbərlər
25 431 müəllimin maaşı artırıldı
Bu tədris ilində Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi)...