Artur Rasizadədən qərar: Əməkhaqqı bir manat artırıldı
25
apr
2017
19:28
Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qanuna dəyişiklik edilməsi barədə qərar imzalayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə AzNews.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.
21 aprel 2017-ci il tarixli qərara əsasən, Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları 115 manatdan 116 manata qaldırılıb.
Qərar 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
BAKU.WS
Oxşar xəbərlər
Gömrük işçilərinin maaşları artırıldı
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə artırılıb. Nazirlər Kabinetindən Trend-...