Maaşlar artırıldı: 1-ci dərəcə 116 manat, 19-cu dərəcə 750 manat olacaq (VİDEO)

Maaşlar artırıldı: 1-ci dərəcə 116 manat, 19-cu dərəcə 750 manat olacaq (VİDEO)
Video
Video 10770

 

Bu yaxınlarda prezident İlham Əliyevin sərəncamına əsasən bir sıra səhiyyə müəssisələrində həkimlərin maaşları artırıldı. Artım isə xüsusi bir dərəcə planı əsasında həyata keçrilir. Bəs bu dərəcələr necə müəyyənləşir və bu günə qədər bundan nəqədər həkim faydalanıb?

Bir sıra səhiyyə müəssisələrində həkimlərin maaşı artırılıb. Bu artım vahid tarif cədvəlinə əsasən əməyin ödənilməsinin 19-cu dərəcəsi əsasında aparılacaq.

BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, dəyişikliyə əsasən, bundan sonra 1-ci dərəcə üçün həkimlərin aylıq vəzifə maaşları 116 manat, 19-cu dərəcə üçün 750 manat olacaq. Bu dərəcələr artdıqca müvafiq olaraq aylıq vəzifə maaşları da artır.

Ən aşağı dərəcələr, 2-dən 5-ə kimi fəhlələrdir. 5-dən 7 kimi tibb bacısı vəzifəsində çalışanlardır. 9-dan 19-cu dərəcəyə qədər olanlar isə həkimlərdir.

Dərəcələrin dəyişmə prosesi isə tibb işçilərinin tutduqları vəzifədən və iş stajına görə müəyyənləşdirilir.

Bu sistemin tətbiqi ilə hazırda daha 2 min səhiyyə işçisinin maaşı artırılıb. Beləliklə ölkə üzrə onların sayı 5 minə çatıb. Artımdan faydalanan həkimlərin çoxu paytaxtda cəmləşib.

BAKU.WS

Oxşar xəbərlər

Bu işçilərin məvacibi artdı

Bu işçilərin məvacibi artdı

Nazirlər Kabineti "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilab...

6548 Sosial 09:35 09 noyabr 2016

Son xəbərlər