Azərbaycanda bu sahələrdə işləyənlərə ŞAD XƏBƏR: MAAŞ ARTDI
15
mar
2018
12:03
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları artırılıb.APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar verib.Martın 1-dən qüvvəyə minən qərara əsasən dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəli aşağıdakı kimidir:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı(manatla) |
1 | 143 |
2 | 146 |
3 | 149 |
4 | 152 |
5 | 155 |
6 | 161 |
7 | 167 |
8 | 174 |
9 | 182 |
10 | 190 |
11 | 198 |
12 | 206 |
13 | 216 |
14 | 231 |
15 | 251 |
16 | 294 |
17 | 396 |
18 | 535 |
19 | 825 |
Yeni qərarın qəbulu ilə bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarı ləğv edilib. Bu qərara əsasən Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı(manatla) |
1 | 130 |
2 | 132 |
3 | 134 |
4 | 136 |
5 | 138 |
6 | 144 |
7 | 151 |
8 | 158 |
9 | 165 |
10 | 172 |
11 | 179 |
12 | 187 |
13 | 196 |
14 | 210 |
15 | 228 |
16 | 267 |
17 | 360 |
18 | 486 |
19 | 750 |
BAKU.WS