Təhsil işçilərinin maaşı artdı: 35, 50 və 75 qəpik

Təhsil işçilərinin maaşı artdı: 35, 50 və 75 qəpik
Sosial 11040
Azərbaycan Respublikası Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"nin yeni cədvəlini təsdiq edib.BAKU.WS xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən:bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,35 manat (4,85 manat olub), dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,55 manat (3,20 manat olub), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,75 manat (2,50 manat olub) ödəniləcək;xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,35 manat (5,75 manat olub), dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,60 manat (4,15 manat olub), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,10 manat (2,80 manat olub) ödəniləcək; doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 7,65 manat (6,95 manat olub), dosent və ya fəlsəfə doktoru üçün saathesabı 5,35 manat (4,85 manat olub), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,55 manat (3,20 manat olub) ödəniləcək.Qeydlər:1. Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.2. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir.3. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur.4. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda təhsil işçilərinin əməkhaqqı artırıldı

Azərbaycanda təhsil işçilərinin əməkhaqqı artırıldı

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin...

5778 İqtisadiyyat 17:52 27 mart 2018

Son xəbərlər