Rubl 20 faiz bahalaşacaq, bəs manat?

Rubl 20 faiz bahalaşacaq, bəs manat?
İqtisadiyyat 1905

Almaniya nəşri Welt Rusiya rublunun 2016-cı ildə dirçələcəyini proqnozlaşdırır. 

BAKU.WS-in məlumatına görə, ekspert Ronald Şnayder rublun 2016-cı ilin sonlarından etibarən dəyər qazanacağını ehtimal edir. Saxo Bank-ın eksperti Stin Yakobsen bu artımın 20 faiz civarında olacağını proqnazlaşdırır. Ekspertlər Rusiyanın resurslarını nəzərə alaraq rublun qlobal nüfuza malik valyutaya çevriləcəyini düşünürlər. 

Bununla yanaşı ekspertlər 2016-cı ildə neftin qiymətinin aşağı həddə qalması ilə Rusiya iqtisadiyyatını təzyiq altında saxlayacağı fikrində qalırlar. Amma bu təzyiqin ilin sonundan etibarən azalacağı deyilir. Rublun dəyər qazanacağına digər səbəb kimi dünya ölkələrinin ABŞ-ın Federal Ehtiyat Sistemi siyasətindən narazılıqları əsas gətirilir.

2016-cı ilin neftdən asılı olan digər ölkələr, xüsusilə Azərbaycan və milli valyutamız manat üçün də necə nəticələr doğuracağı maraqlı gözlənilir. Ehtimal edilir ki,  manat da rublla yanaşı cüzi də olsa dəyər qazana bilər.  

Azad Əliyev 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər