Qızılın qiyməti tarixi maksimumu yenilədi
Yeniliklərdən dərhal xəbərdar olun
Birjada qızılın qiyməti aprelin 21-də keçirilən hərraclarda bir Troya unsiyası üçün 3 400 dollar həddini keçərək yeni tarixi maksimumunu yeniləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əks olunub.
Məlumata görə, "Comex" birjasında 2025-ci ilin iyun ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək, Troya unsiyası üçün 3 435 dollar həddini keçib.
Bakı vaxtı ilə saat 17:08-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1.25% artaraq, bir unsiya üçün 3 436.6 dollar təşkil edib. Bir neçə dəqiqə sonra, saat 17:17-də artım bir qədər yavaşlayıb və 3 428 dollar təşkil edib.
Oxşar xəbərlər
Nazirlər Kabinetindən VACİB QƏRAR - 2030-cu ilin sonuna qədər...
Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik e...