Neft sürətlə ucuzlaşmağa başladı - dollar qəfil bahalaşacaq
08
fev
2018
10:03
"Brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb. 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir. Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar".BAKU.WS-in məlumatına görə, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı həmçinin spekulyativ müdaxilələr ilə bağlı idi: "Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyuların sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır. Bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatçılıqlarını gizlətmirdilər. Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Veneseula, Liviya və Nigeriya kimi ölkələrdə neft hasılatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirmləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir".Mütəxəssis hesab edir ki, neftin qiymətində ucuzlaşmalar davamlı olarsa, investorların bir qisminin sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər: "Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər".ŞahinBAKU.WS
Oxşar xəbərlər
Neftin qiymətinin sürətlə bahalaşmasının SƏBƏBİ BİLİNDİ
Brent markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır. Neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barel azalaraq 97.7 mily...