Mikayıl Cabbarov Lorenzo Simonelli ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.
BAKU.WS xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:
"Ölkəmizin yaşıl gələcəyinə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik".
#COP29 (@COP29_AZ) çərçivəsində #BöyükBritaniya-nın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor (@SpenceLivermore) və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr (@D_G_Alexander) ilə görüşdük. Yaşıl ekosistemin inkişafı istiqamətində… pic.twitter.com/TELIxwTFJZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 14, 2024
Oxşar xəbərlər
"SOCAR Green" Azərbaycanın su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılmasına dair memor
Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green" şirkəti ilə ölkənin su ehtiyatlarının idarə olunma...