Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
23
apr
2025
10:07
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.
AMB-dən BAKU.WS-ə bildirilib ki, faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Oxşar xəbərlər
SOCAR Xəzər dənizində ilk dəfə 3D OBN seysmik tədqiqatı aparıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində ilk dəfə "Günəşli" yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla tamamlayıb. Bu barədə...