"Melissa Group"da katlavan mənzillərin satışı dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Melissa Group" tikinti şirkətində katlavan mənzillərin satışı dayandırılıb.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Fakt şirkətdən təsdiqlənib. Bildirilib ki, rəhbərliyin göstərişinə əsasən, katlavan mənzillərin satışı dayandırılıb.
Qeyd olunub ki, bununla yanaşı, hazırda həm təmir işləri, həm də hazır binalarda mənzillərin satışı davam etdirilir.
Xatırladaq ki, martın 27-də "Melissa Group" tikinti şirkəti tərəfindən Bakının Yasamal rayonunda yaşayış olan evi söküntüsü həyata keçirilib. Hadisədən sonra "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin əməkdaşı, ekskavotorun sürücüsü Qala Eynullayev həbs olunub.
Oxşar xəbərlər
SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 151 min 357 tona yaxın nafta istehsal edi...