Manat sabah bahalaşacaq

Manat sabah bahalaşacaq
İqtisadiyyat 2012

 

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

BAKU.WS-in ARDNF-ə istinadla verdiyi məlumata görə, fond tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 20 milyon ABŞ dolları məbləğində vəsait 1 banka satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Qeyd edək ki, bu gün keçirilən hərracda təklif tələbi üstələyib. Bu isə manatın dollar qarşısında cüzi bahalaşacağını düşünməyə əsas verir. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

BAKU.WS

Oxşar xəbərlər

Manat həftənin ilk günü dollar qarşısında bahalaşacaq

Manat həftənin ilk günü dollar qarşısında bahalaşacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondu növbəti valyuta hərracını keçirib. BAKU.WS-in Fonda istinadla verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikasın...

1402 İqtisadiyyat 16:00 01 aprel 2016

Son xəbərlər