Mərkəzi Bank 7 banka 113 milyon dollar satdı
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
AMB-dən BAKU.WS-ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 113,260 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
Şahin Həbibov BAKU.WSOxşar xəbərlər
Mərkəzi Bank 18 banka 67 milyon dollar satdı
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. AMB-dən BAKU.WS-ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində və...