Mərkəzi Bank satışa 200 milyon dollar çıxardı
Mərkəzi Bank bu günə olan valyuta hərracı barədə məlumat yayıb.
AMB-dən BAKU.WS-ə verilən məlumata görə, 25 yanvar tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 19 bank tərəfindən məcmu tələb 39,370 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dolların bu günə olan məzənnəsi (RƏSMİ)
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə ve...