Mərkəzi Bank dolları bahalaşdırdı (RƏSMİ)
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.
Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin 18 yanvar tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5870 təşkil edib.
Qeyd edək ki, yanvarın 15-də rəsmi məzənnə 1,5706 AZN/USD olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dolların bu günə olan məzənnəsi (RƏSMİ)
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə v...