Manat devalvasiyadan sonra dollar qarşısında ilk dəfə bahalaşdı (RƏSMİ)
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.
Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin sabah üçün USD/AZN rəsmi məzənnəsi 1,5682 təşkil edib.
Qeyd edək ki, yanvarın 12-də rəsmi məzənnə 1,5685 AZN/USD olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dolların bu günə olan məzənnəsi (RƏSMİ)
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə v...