Dolların bu günə olan məzənnəsi (RƏSMİ)

Dolların bu günə olan məzənnəsi (RƏSMİ)
İqtisadiyyat 3750

  

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. 

Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin gələn həftənin ilk iş günü üçün USD/AZN rəsmi məzənnəsi 1,5642 təşkil edib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Mərkəzi Bank dolların yanvarın 11-nə olan məzənnəsini açıqladı

Mərkəzi Bank dolların yanvarın 11-nə olan məzənnəsini açıqladı

Yanvarın 11-də banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5642 təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-...

2556 İqtisadiyyat 17:48 08 yanvar 2016

Son xəbərlər