Azərbaycanda dollar bahalaşdı

Azərbaycanda dollar bahalaşdı
İqtisadiyyat 2457

 

Azərbaycanda dollar bahalaşmaqda davam edir. 

BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında möhkəmlənməkdədir. Dollar bu günə 1,5642 (1,5626) AZN-ə bərabərdir. 

Manata nəzərən avronun məzənnəsi isə 1,7009 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Dolların bu günə olan məzənnəsi (RƏSMİ)

Dolların bu günə olan məzənnəsi (RƏSMİ)

Azərbaycanda dollar bahalaşmaqda davam edir. BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında möhkəmlənm...

7 Hadisə 09:21 07 yanvar 2016

Son xəbərlər