Azərbaycanda dollar bahalaşdı

Azərbaycanda dollar bahalaşdı
İqtisadiyyat 3260

 

Azərbaycanda dollar bahalaşmaqda davam edir. 

BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında Yeni ildən sonra da möhkəmlənməkdədir. Dollar 1,5610-dan 1,5626 AZN-ə yüksəlib. 

Avropanın vahid valyutası isə dollardan fərqli olaraq ucuzlaşıb. Avro 1,6895-dən 1,6796 manata qədər geriləyib.    

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bayramdan sonra dollar yenə bahalaşdı (CƏDVƏL)

Bayramdan sonra dollar yenə bahalaşdı (CƏDVƏL)

Azərbaycanda dollar bahalaşmaqda davam edir. BAKU.WS-in Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən verdiyi məlumata görə, ABŞ dolları manat qarşısında Yeni ildən...

2411 İqtisadiyyat 09:31 05 yanvar 2016

Son xəbərlər