Manat sabah bahalaşacaq
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
BAKU.WS-in Azərbaycan Respublikası Dövlət Neft Fonduna istinadla verdiyi məlumata görə, ARDNF tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 0,5 milyon ABŞ dolları məbləğində vəsait 3 banka satılıb.
Beləliklə, hərracda təklif tələbi üstələyib. Bununla da sabah üçün dolların məzənnəsinin cuzi ucuzlaşacağı gözlənilir. ARDNF-dən bildirilir ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qeyd edək ki, bu gün üçün USD/AZN rəsmi məzənnəsi 1,5876 AZN səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
BAKU.WS
Oxşar xəbərlər
Manat sabah bahalaşacaq
Bugün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. ABŞ dolları məbləği...