Manat həftənin ilk günü dollar qarşısında bahalaşacaq
Azərbaycan Respublikası Dövlət Neft Fondu növbəti valyuta hərracını keçirib.
BAKU.WS-in Fonda istinadla verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə ARDNF tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 1 milyon ABŞ dolları məbləğində vəsait 1 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
Qeyd edək ki, bankların dollara olan tələbatı kəskin şəkildə azalıb. Təklifin tələbi üstələməsi həftənin birinci günü üçün ABŞ milli valyutasının manat qarşısında ucuzlaşacağına əsas verir.
AMB bu gün üçün məzənnəni 1,5238 AZN/USD səviyyəsində müəyyən edib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
BAKU.WS
Oxşar xəbərlər
Manat sabah bahalaşacaq
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. BAKU.WS-in Azərbaycan Respublikası Dövlət Neft Fonduna...