Külli miqdarda pulun dövlət büdcəsindən yayındırılmasının qarşısı alındı

Külli miqdarda pulun dövlət büdcəsindən yayındırılmasının qarşısı alındı
İqtisadiyyat 2506
Bakı Baş Gömrük İdarəsi külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasının qarşısını alıb.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini saxta invoys təqdim edərək real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Xarici iqtisadi fəaliyyət iştirakçısının adıSaxta invoysda göstərilən qiymətReal qiymətFərq
1“Define” MMC27139,49 ABŞ dollar38770,70 ABŞ dolları11631,2 ABŞ dolları
2“Define” MMC42040,54 ABŞ dolları60024,2 ABŞ dolları17983,66 ABŞ dolları
3“Yumaks” MMC29463,86 Avro87000 Avro57536,14 Avro
4“Həsənoğlu LTD” MMC18774,22 ABŞ dolları54090,42 ABŞ dolları35316,2 ABŞ dolları
5“Desplazado” MMC49155 ABŞ dolları149249,89 ABŞ doları100094,89 ABŞ dolları
6“EPMSS Group” MMC34476,3 ABŞ dolları119976,56 ABŞ dolları85500,26 ABŞ dolları
7“Star-SM” MMC15709 ABŞ dolları95552,8 ABŞdolları79843,8 ABŞ dolları
8Cəbiyev Səxavət Balaxan oğlu38280 ABŞ dolları69135 ABŞ dolları30855 ABŞ dolları
9“Aysberg BZ” LTD64083 ABŞ dolları134616 ABŞ dolları70533 ABŞ dolları
10“Ximekspress-2000” MMC12674 ABŞ dolları28287,28 ABŞ dolları15613,23 ABŞ dolları
11“Ximekspress-2000” MMC10498,4 ABŞ dolları23695,7 ABŞ doları13197,3 ABŞ doları
12“Ximekspress-2000” MMC7869,7 ABŞ dolları10371 ABŞ dolları2501,3 ABŞ dolları
13“Aqrosel” MMC4556 ABŞ dolları34380 ABŞ dolları29824 ABŞ dolları
14Zeynalov Həmzəağa50634,16 Avro153756,24 Avro103122,08 Avro
15“Neo Conseption” MMC17372,75 Avro34374,9 Avro17002,15 Avro
16“Biznes 2017” MMC17492 Avro24400 Avro6908 Avro
17“Səma İstehsalat Kommersiya”17004,5 ABŞ dolları28479,36 ABŞ dolları11474,86 ABŞ dolları
18“Legenda İB”15615,97 ABŞ dolları37865,26 ABŞ dolları22249,29 ABŞ dolları
19“Vertikal Line” MMC8328 ABŞ dolları30350 ABŞ dolları22022 ABŞ dolları
Cədvəldən də göründüyü kimi ümumilikdə 548639,99 ABŞ dolları və 184568,37 Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.Bundan başqa Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə göndərilib. Belə ki, idxal etdikləri malın qiymətini "FAVORİT SERVİS" MMC 29089,30 ABŞ dolları, "SƏMA PLASTİK" MMC 15574,72 ABŞ dolları, "ULTRA PROQRESS" MMC 9450 ABŞ dolları və ŞÜKÜROV ŞAHİN RAFİQ OĞLU 9261 ABŞ dolları məbləğində azaldıblar.Saxta invoyslar təqdim edərək Gömrük ödənişlərindən yayınmağa yol verdiklərinə görə 3 şirkət barəsində isə toplanan materiallar İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinə göndərilib. Belə ki, "Platinium-17" MMC tərəfindən saxta invoysda malın qiyməti 10000 ABŞ dolları məbləğində azaldılıb və 6077,22 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən saxta invoysda malın qiyməti 12000 ABŞ dolları məbləğində azaldılıb, 3724 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən daha bir idxal əməliyyatında malın qiyməti 15764,81 ABŞ dolları məbləğində azaldılaraq 4049,51 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb və"ABA Trading" MMC tərəfindən saxta invoysda malın qiyməti 4200 Avro məbləğində azaldılıb və nəticədə 6001,25 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb.Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödənikləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.BAKU.WS

Son xəbərlər