Hökumətdən kərə yağı ilə bağlı vacib qərar - UCUZLAŞACAQ
 
                            
                            
                                07
                                noy
                            
                                2017
                                09:03
                            
                            
                        Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Aydın Əliyev kərə yağının qiymətindəki bahalaşmadan danışdı
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkədə kərə yağının qiymətindəki bahalaşmadan danışıb.BAKU.WS-in məlumatına görə, Aydın Əliyev kərə yağının qiyməti...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    