Azərbaycana saxta spirtli içkilərin gətirildiyi iddiasına RƏSMİ CAVAB
08
dek
2017
16:36
Bəzi internet resurslarında Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı məlumatlar yer alır. Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə bildirilir ki, yayılan bu cür informasiyalar əsassızdır və həqiqətəuyğun deyil. Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır. Onu da qeyd edək ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə rəsmi məktubla müraciət edib və sorğuya cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 2017-ci il ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Siqaret və spirtli içkilərin bahalaşacağı xəbərinə Gömrükdən AÇIQLAMA
Azərbaycanda tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz vergisinin artırılması yüksək bahalaşmaya gətirib çıxarmayacaq.Trend-in məlumat...