Gömrük Komitəsindən 70 faizlik güzəşt
Dövlət Gömrük Komitəsi mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün tələb olunan rüsuma güzəşt edib.
Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.
Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.
BAKU.WS
Oxşar xəbərlər
“Binə”də bir qrup sahibkarın gömrük rüsumlarının artırılması iddiasına rəsmi cavab
Bu gün bəzi kütləvi informasiya vasitələrində "Binə” Ticarət Mərkəzində çalışan bir qrup sahibkarın gömrük rüsumlarının artırılması ilə bağlı fikirlərini əks et...