Azərbaycanda dövlət ixracla məşğul olan sahibkarlara böyük güzəşt edəcək
İxracla məşğul olan sahibkarlara güzəştlər ediləcək. BAKU.WS-in məlumatına görə, bu barədə İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, təklif edilən güzəştlər sırasına stimullaşdırma üçün maliyyə şərtləri, logistika, infrastrukturun yaxşılaşdırılması, xarici bazarlara çıxış üçün yardım daxildir. "Bununla yanaşı, milli ixracın stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinin idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılması, ixracdakı hesablamaların daha da sadələşdirilməsi, ixracatçılar üçün münasib şəraitin yaradılması nəzərdə tutulur. Bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə birgə hüquqi və fiziki şəxslərin yüklərinin gömrük sənədləşdirilməsi zamanı zəruri sənədlərin sayının azaldılmasına dair təkliflər hazırlanıb. Bundan əlavə, qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planının qəbul edilməsi də gündəlikdədir”, - deyə Sahib Məmmədov bildirib. Sahib Məmmədov vurğulayıb ki, hazırda sahibkarların qarşılaşdığı ən böyük problemlərdən biri də sertifikatlaşdırmadır. Ona görə də mənşə və keyfiyyət sertifikatlarının əldə olunmasının asanlaşdırması üçün qanunvericiliyə bəzi dəyişikliklərin edilməsinə ehtiyac var. Bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev maaş və pensiyaların artırılması ilə bağlı tapşırıq verdi (VİDEO)
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qa...