Nazir sahibkarlara müjdə verdi: "Prezident başqa təkliflər də irəli sürüb"
"Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətidir. Sahibkarlıq isə qeyri-neft sektorunun inkişafının aparıcı hissəsidir. Bu baxımdan cənab prezident tərəfindən sahibkarlığın inkişafına və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılıb".
BAKU.WS-in məlumatına görə, bunu iqtisadiyyat və sənayə naziri Şahin Mustafayev söyləyib. Nazir bildirib ki, Azərbaycan prezidenti sahibkarlığın inkişafına böyük diqqətlə yanaşır və prezident ölkənin inkişafını sahibkarlığın inkişafı ilə bağlı olduğunu vurğulayır:
"Dünən prezident tərəfindən sahibkarla bağı müvafiq qərarlar qəbul edilib. Milli Məclisə qanun layihəsi göndərilib və həmin qanun layihəsi qəbul edilib. Bu qanuna əsasən noyabr ayının 1-dən 2 il ərzində sahibarlıq subyektlərində yoxlamalar dayandırılıb. Xüsusi lisenziya verilən sahələrdə bu xidmət İqtisadiyyat və Sənayə Nazirliyi tərəfindən ASAN Xidmətdə veriləcək. Prezident lisenziyaların verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı göstəriş verib. Nəticədə, həm lisensiyaların sayı azalacaq, həm də lisenziyaların verilmə proseduru əhəmiyyətli dərəcədə asanlaşacaq".
Şahin Mustafayev bildirib ki, sahibkarlara qarşı qanunsuz yoxlamalar aparılmamalıdır. Nazir İqtisadiyyat və Sənaye Nazirliyində bununla bağlı qaynar xətt yaradıldığını xatırladıb: "Mən bütün sahibkarlara müraciət edirəm ki, belə hal baş versə nazirliyin qaynar xəttinə mütləq müraciət etsinlər. Heç şübhəsizki lazımi addımlar atılacaq. Azərbaycan prezidenti tərəfindən inqilabi addımlar atılır. Prezident tərəfindən hələ başqa təkliflər də irəli sürülüb. Buna ixracın təşviqi ilə bağlı sənədləri də misal gətirə bilərəm. Yaxın gələcəkdə növbəti sənədlərin də tətbiqinə başlanılacaq".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevin sərt tənqidindən sonra Dövlət Komitəsində təcili toplantı keçirildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıd...