İlham Əliyevdən növbəti fərman
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib. BAKU.WS-in məlumatına görə, ölkə başçısı belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.
Verilən tapşırıqlara uyğun olaraq, 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.
Fərmanın mətni mətbuatda dərc olunacaq. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Milli Təhlükəsizlik nazirini işdən çıxardı
Dövlət başçısı İlham Əliyev Milli Təhlükəsizlik nazirini işdən çıxarıb. BAKU.WS-in məlumatına görə, İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda deyilir...