Kredit ödənişində çətinliyi olan müştərilərə güzəştlər başladı
«FINCA Azerbaijan» Qeyri-Bank Kredit Təşkilatı hazırkı iqtisadi şəraitdə kredit ödənişlərində çətinlik çəkən müştərilərinə fərdi yanaşaraq onlara daha rahat ödəniş imkanları təklif edir.
Təşkilatdan BAKU.WS-ə verilən məlumata görə, yeni imkanlar çərçivəsində müştərinin istəyinə uyğun olaraq hər iki valyutada olan kreditlərin ödəniş müddətini uzatmaq, dollar kreditlərini manata konvertasiya etmək, gözləmə muddəti və illik faiz endirimləri vermək və fərdi ehtiyaclara uyğun digər guzəştlər etməyi nəzərdə tutulur.
«FINCA Azerbaijan»ın bu güzəşt təklifləri devalvasiyadan sonra yaranmış iqtisdadi mühitdə müştərilərə kredit öhdəliklərini zəifləmiş ödəniş qabiliyyətlərinə uyğun geri ödəməyə şərait yaratmaq və onlara müsbət kredit tarixçələrini qorumağa kömək etmək məqsədi daşıyır – deyə açıqlamada deyilir. Hazırda kredit ödənişlərində çətinlik çəkən hər bir müştəri FINCA filiallarına yaxınlaşaraq bu imkanlardan faydalana və real güzəştlərdən yararlana bilər.
BAKU.WSOxşar xəbərlər
Banklardan əhaliyə böyük kredit güzəşti
Azərbaycanda bəzi banklar müştərilərə dollarda olan kreditlərlə bağlı güzəştlər etməyə başlayıb. BAKU.WS-in məlumatına görə, güzəşt tətbiq edən banklardan bir...