Ekspert: Dollar 3 manat 50 qəpiyə qədər bahalaşa bilər

Ekspert: Dollar 3 manat 50 qəpiyə qədər bahalaşa bilər
İqtisadiyyat 3583

"Hökumәtin nəzərdə tutulan tədbirləri həyata keçirməyəcəyi təqdirdə, 1 dollar üçün məzənnə 2 manat 20 qəpik - 2 manat 50 qəpik arasında qərarlaşacaq”.

Bunu AzNews.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, uzunmüddətli dövr üçün manatın məzənnəsinin hәdlәrini müəyyənləşdirmək çox çətin olacaq: "Nə qədər ki, Azərbaycan ucuz neft satacaq, o qədər də manatın məzənnəsində ucuzlaşma prosesi davam edəcək. 

Çünki hazırkı neft qiymətləri tədiyə balansındakı fərqi stabilləşdirmək üçün kifayət etmir və eyni zamanda qeyri-neft sektorunun inkişaf etdiyi bir fərqi kompensasiya etməsi üçün kifayət qədər uzun müddət, hətta deyərdim ki, 10 ildən çox zaman lazımdır”.

Rəşad Həsənov 2018-ci ildə manatın məzənnəsinin 3 manat 50 qəpik olacağını deyir: "Əgər biz 2018-ci ilə bugünkü problemlər və faktorlarla girsək, o zaman başqa manat məzənnəsi qərarlaşacaq. Bu da təxminən 3 manat və 3 manat 50 qəpik səviyyəsində ola bilər”.

BAKU.WS

Oxşar xəbərlər

Manatla bağlı bədbin proqnoz: "Neftin qiyməti hətta 60 dollara çatsa da belə..."

Manatla bağlı bədbin proqnoz: "Neftin qiyməti hətta 60 dollara çatsa da belə..."

"OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir. Aydındır ki, neftin qiyməti manatın m...

4695 İqtisadiyyat 11:07 02 dekabr 2016

Son xəbərlər