Elman Rüstəmov manatın məzənnəsini proqnozlaşdırdı
"Üzən məzənnə bazarda tələb və təklifə uyğun olaraq müəyyən edilir". ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank valyuta alışları həyata keçirir. Hazırda Bank 85 milyon dollara kimi valyuta alıb.
"Hazırda manat "üzən" sistemdə öz yerini axtarır. Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsad verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır".
O, deyib ki, bu gün narahatçılıq üçün bu gün heç bir əsas yoxdur.
Uzun illərdir möhkəmliyini saxlayan manat sonuncu dəfə ötən ilin fevral 21-i, daha sonra isə dekabrın 21-də Həmin vaxt manat dollar və avroya nisbətdə 30 faizdən çox dəyərini itirdi.
BAKU.WS
Oxşar xəbərlər
1 dollar 2 manat olacaq
"Dünya bazarında neftin qiyməti artır, amma buna baxmayaraq, manatın məzənnəsində azalma müşahidə edilir. Çünki dollara tələbat artıb. Bu tələbatı da psixoloji...