Elman Rüstəmovdan bankda pulu olanları sevindirəcək açıqlama
"Bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası əmanətlərin faiz dərəcəsi ilə əlaqədar qərar qəbul edəcək".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Azərbaycan banklarında əhalinin 9,4 milyard manat məbləğində əmanəti olduğunu deyən E.Rüstəmov bildirib ki, əmanətçilər bu əmanətlərdən təxminən yarım milyard manata qədər gəlir götürür.
"Milli valyutaya etibarı daha da gücləndirmək məqsədilə biz istəyirik ki, manat əmanətləri çox yüksək həddə, hətta 12 faizdən də yuxarı həddə sığortalansın”, - deyən bank sədri bildirib ki, hazırda banklarda valyutaya ehtiyac yoxdur. Banklarda çoxlu valyuta var və valyuta üzrə əmanətlərin faizləri də aşağı düşüb.
"Valyuta üzrə əmanətlərin səviyyəsini aşağı salmaqla biz bir növ dedollarizasiya, yəni qeyri-dollarlaşmanı da stimullaşdırmaq istəyirik ki, əhali əmanətlərini tam arxayınlıqla banklarda saxlasın”,- deyə Elman Rüstəmov bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Milli Məclisdən banklarda pulu olanları sevindirəcək qərar
Milli Məclisin bu gün keçiriləcək növbədənkənar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. BAKU.WS-in məlumatı...