Milli Məclisdən banklarda pulu olanları sevindirəcək qərar

Milli Məclisdən banklarda pulu olanları sevindirəcək qərar
İqtisadiyyat 2413

 

Milli Məclisin bu gün keçiriləcək növbədənkənar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. 

BAKU.WS-in məlumatına görə, qanun layihəsində deyilir: 

Bu Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Bu Qanunda istifadə olunan anlayışlar "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.

Bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə, onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq, müvafiq dəyişikliklər edilməlidir.

Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə bu Qanuna uyğun olaraq sığortalanmamış əmanətlər üzrə kompensasiyalar "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada ödənilir.

Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibəti, habelə bu Qanuna uyğun olaraq tam sığortalanmış əmanətlər üzrə kompensasiya ödənişi, həmçinin içtimaiyyətin məlumatlandırılması məsələləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Bu Qanuna əsasən tam sığortalanmış əmanətlər üzrə kompensasiya məsələləri bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra  "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən tənzimlənir.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Milli Məclisdə təcili iclas: banklar və dollarla bağlı qərar veriləcək

Milli Məclisdə təcili iclas: banklar və dollarla bağlı qərar veriləcək

Milli Məclisin bu gün keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. BAKU.WS-in məlumatına görə, gündəliyə daxil olan məs...

3467 Sosial 11:05 19 yanvar 2016

Son xəbərlər