Elman Rüstəmov: "Manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını alacağıq"
02
mar
2016
12:44
"Üzən məzənnəyə keçid qərarı tam özünü doğruldub. Hazırda Mərkəzi bankın əsas vəzifəsi manatın kəskin bahalaşmasının qarşısını almaqdır".
Bunu, jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E. Rüstəmov bankların konsolidasiya prosesinin hələ başa çatmadığını da açıqlayıb: "Konsolidasiya prosesi yeni rəhbərlərin qərarından sonra başa çatacaq".
Mərkəzi Bank sədri deyib ki, məhkəmələrdə onlar özlərini müdafiə edəcəklər: "İki bank bizim qərarı məhkəməyə verib və biz özümüzü o məhkəmə prosesində arqumentlərlə müdafiə edəcəyik".
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankın sədri: "Bankların konsolidasiyası başa çatıb"
"Azərbaycan İpoteka Fondu" ASC üçün dövlət büdcəsindən 50 mln. manat ayrılıb. Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir...