Dünya bazarında neftin qiyməti aşağı düşüb

29
okt
2018
19:47
Dünya bazarında neftin qiyməti aşağı düşüb.ICE Futures birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti 0,55 dollar, yaxud 0,71% azalaraq 77,07 dollar/barel təşkil edib.Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti isə 0,68 dollar və ya 1,01% azalaraq 66,91 dollar/barel olub.Qeyd edək ki, "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində artaraq 86 dolları ötmüşdü. Bu isə bu markalı neftin qiymətində 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstərici olub. BAKU.WS
Oxşar xəbərlər
“Brent” markalı neftin qiyməti 81 dolları ötüb
Neftin qiyməti yenidən bahalaşıb.BAKU.WS Report-a istinadən xəbər verir ki, artım OPEC+ təşkilatının açıqlamalarından sonra qeydə alınıb.Belə ki, Londonun İCE F...
