“Brent” markalı neft son 3 ildə ilk dəfə olaraq 70 dollara qədər bahalaşıb
11
yan
2018
22:27
“Brent” markalı Şimal dəniz neft qatışığının qiyməti 2014-cü ilin dekabr ayından bu yana ilk dəfə olaraq 70 dollara çatıb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent”in mart fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 20:26-ya olan vəziyyətə görə, 83 sent artaraq bir barel üçün 70,03 dollara çatıb.Bununla yanaşı, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti yuxarıda göstərilən vaxta qədər 1,02 dollar artaraq bir barel üçün 64,59 dollar təşkil edib.Qiymət artımı ABŞ-da neft ehtiyatlarının stabil azalması ilə bağlı nikbinlik, həmçinin ötən həftənin yekunu üzrə Birləşmiş Ştatlarda neft hasilatının gözlənilmədən aşağı düşməsi barədə məlumatlarla izah edilir.BAKU.WS
Oxşar xəbərlər
"Brent" markalı neftin bir barelinin qiyməti 63 dolları ötüb
"Brent" markalı neftin bir barelinin qiyməti 63 dolları ötüb.BAKU.WS "Report" xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların nəticələri...