Neft qiymətlərində builki rekord - 48 dollar
29
apr
2016
17:53
Dünya neft qiymətləri bu gün 2016-cı ildəki maksimumuna - bir barel üçün 48,02 dollara ("Brent" markası) çatıb.
Trend-in məlumatına görə, "qara qızıl"ın qiymətləri dolların davam edən zəifləməsi və ABŞ-da neft hasilatının azalması ilə əlaqələndirilir.
Hərraclar zamanı "Brent" markalı neftin qiyməti hətta 48,08 dollara yüksəlib, amma sonra bir qədər enib.
Bugünkü neft qiymətləri 2015-ci il noyabrın 26-dan ən yüksək göstərici sayılır. Dünya birjalarında yüngül neft markası WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti 0,96 artaraq 46,47 dollar təşkil edir.
BAKU.WS
Oxşar xəbərlər
Neft bahalaşdı - ən yüksək göstərici
Bu gün dünya birjalarında neftin qiymətləri 0,02% artaraq Brent markalı neftin bir bareli 45,81 dollar olub. BAKU.WS xəbər verir ki, qısa zamanda brent marka...