İki böyük ölkənin görüşəcəyi xəbəri Azərbaycan neftini bahalaşdırdı

İki böyük ölkənin görüşəcəyi xəbəri Azərbaycan neftini bahalaşdırdı
İqtisadiyyat 827

 

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.

BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar bahalaşaraq 30,74 dollar olub.

Londonun İCE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,30 dollar artaraq 34,80 dollara yüksəlib. 

"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,94 dollar bahalaşaraq 34,08 dollar təşkil edib.

Qeyd edək ki, Brent nefti Səudiyyə Ərəbistanı ilə Rusiyanın neft qiymətləri və kvota ilə bağlı görüşmək üzrə bir araya gələcəyi xəbərindən sonra yüksəlməyə başlayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti 1,65 dollar bahalaşdı

Azərbaycan nefti 1,65 dollar bahalaşdı

Dünya birjalarında neftin qiyməti bahalaşıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 2,50 dollar b...

1411 İqtisadiyyat 10:49 22 yanvar 2016

Son xəbərlər