Neftin qiyməti kəskin bahalaşır

Neftin qiyməti kəskin bahalaşır
İqtisadiyyat 1604

 

Dünya birjalarında xam neftin qiyməti yenidən bahalaşmağa başlayıb.

BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti ötən günə nisbətdə 1,55 dollar bahalaşaraq 41,78 dollara çatıb.

Londonun İCE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 1,65 dollar artaraq 44,37 dollar təşkil edib. 

Qeyd edək ki, neft bu il 12 ilin ən aşağı səviyyəsinə düşdükdən sonra, ABŞ-da istehsalın azalacağı ehtimalı ilə yenidən bahalaşıb. Böyük neft istehsalçıları istehsalı donduracağını açıqlayaraq neftin qiymətinə təsir etməyi planlaşdırır. Qətərin paytaxtı Dohada bazar günü baş tutacaq iclasda istehsalın dondurulması məsələsi müzakirə oluanacaq. Toplantıya ən az 16 neft ölkəsi qatılacaq.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Neftin qiyməti yenidən bahalaşmağa başladı

Neftin qiyməti yenidən bahalaşmağa başladı

Dünya birjalarında neftin qiyməti bahalaşıb. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,53 dollar b...

1046 İqtisadiyyat 11:31 28 mart 2016

Son xəbərlər