"Bloomberg": Hindistan ABŞ-nin sanksiyalarından yan keçərək Rusiya neftini almağın yolunu tapıb
Hindistan ABŞ-nin sanksiyaları sərtləşdirməsinə baxmayaraq, Rusiyadan neft alışlarını davam etdirmək üçün xüsusi mexanizm hazırlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat verir.
"Hindistandakı banklar artıq Rusiya ilə neft ticarətinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirməyə hazırdırlar, bir şərtlə ki, neft həcmləri qara siyahıya salınmamış satıcılardan daxil olsun, sövdələşmələr isə sanksiyalara uyğun gəlsin" , - deyə məlumatda vurğulanır.
Yeni yanaşma hesablaşmaların BƏƏ dirhəmləri və Çin yuanı ilə aparılmasını, həmçinin tədarük zəncirlərinin daha güclü yoxlanmasını nəzərdə tutur.
Ekspertlər vurğulayırlar ki, gücləndirilmiş yoxlamalar sövdələşmələrin bağlanma prosesini ləngidə bilər, lakin Rusiya və Hindistan arasında ticarət axınının əhəmiyyətli hissəsini qorumağa imkan verəcək.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan ADY üçün lokomotivlərin istehsalını müzakirə ediblər
MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası çərçivəsində Azərbaycan və Qazaxıstan "Azərbaycan Dəmir Yolları" (ADY) üçün lokomotivlərin Qazaxıstan zavodunda i...