Bir neçə sığorta şirkətinin lisenziyası ləğv edildi

Bir neçə sığorta şirkətinin lisenziyası ləğv edildi
İqtisadiyyat 5216
Daha bir neçə sığorta şirkətinin lisenziyası ləğv edilib.Bu barədə BAKU.WS-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.Lisenziya sahiblərinin könüllü müraciətləri əsasında "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq sığorta agenti fəaliyyətinə "Nikoyl Lizinq Kompaniyası" MMC-yə verilmiş 01 iyun 2009-cu il tarixli, 000131 nömrəli, "Atəşgah Sığorta Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000135 nömrəli və "İnteqral" Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2012-ci il tarixdə verilmiş 000789 nömrəli lisenziyalar ləğv edilib.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 3 bank filialı ləğv olunur

Azərbaycanda 3 bank filialı ləğv olunur

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının (DŞ) 5 aprel 2017-ci il tarixli qərarına əsasən "Bank VTB (Azerbaijan)" ASC-nin "Azadlıq” v...

2426 İqtisadiyyat 11:03 06 aprel 2017

Son xəbərlər